AXCP-nin topa tutduğu İsa Qəmbər dilə gəldi

AXCP-nin topa tutduğu İsa Qəmbər dilə gəldi
  08 Yanvar 2014    Oxunub:950
Müsavat başqanı İsa Qəmbər rəhbəri olduğunun partiyanın Milli Şuradan çıxmasına görə səslənən ittihamlara özünəxas şəkildə cavab verib.

AzVision.az-ın məlumatına görə, İsa Qəmbər Müsavatın Milli Şura yaranarkən bu layihənin təşəbbüskarlarının prezident seçkilərində qalib gəlib Azərbaycanı demokratik dövlətə çevirmək arzusuna şübhə ilə yanaşması haqda deyilənlərlə də qismən razı olduğunu gizlətməyib. Partiya sədri bu barədə sosail şəbəkələrdə yazdığı şərhində qeyd edib.

O həmçinin Müsavatın Milli Şuranın yaradılmasında həvəssiz iştirak etməsi və nəticədə destruktiv hərəkətlərdə ittiham olunmamaq üçün 28 may tarixində bu quruma qoşulması haqda mətbuatda yer alan təhlillərə də reasiya verərək bəzi məqamlarla razılaşmadığını dilə gətirib.

“Oxudum və razılaşdığım və razılaşmadığım məqamlar var. Hər halda bunlar ciddi bir təhlil cəhdidir. Söyüş, böhtan və qarğış janrında isteriya deyil”-deyə İsa Qəmbərin ironik şərhinin konkret ad çəkilməsə də AXCP funksionerlərinə və Müsavatı tənqid atəşinə tutan şura üzvlərinə ünvanladığı ehtimal edilir.

AXCP rəhbərliyinin Milli Şuradan çıxan Müsavat sussa da İ.Qəmbərin bu mesajının birbaşa Əli Kərimli və onun adamlarına yönəldiyini qeyd etmək olar.

AzVision.az


Teqlər:  





Xəbər lenti