İranda koronavirus: Bir gündə 60 ölü, 1153 yoluxma

 İranda koronavirus:  Bir gündə 60 ölü, 1153 yoluxma
  26 Aprel 2020    Oxunub:3174
İranda daha 1153 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 90 min 481 nəfərdir. Koronavirus qurbanlarının sayı isə 60 nəfər artaraq 5710-a çatıb. Bu günədək 69 min 657 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran  





Xəbər lenti