Koronavirusdan ölənlərin sayı 203 mini keçdi

   Koronavirusdan ölənlərin sayı 203 mini keçdi
  26 Aprel 2020    Oxunub:3337
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 921 min 513 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 203 min 299 nəfərdir. İndiyədək 837 min 30 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   COVİD-19   Dünya  





Xəbər lenti