Britaniyada COVİD-19 qurbanlarının sayı 20 mini ötüb

Britaniyada COVİD-19 qurbanlarının sayı 20 mini ötüb
  25 Aprel 2020    Oxunub:3102
Böyük Britaniyada son sutka ərzində 813 nəfər koronavirusdan ölüb, 4913 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, pandemiya qurbanlarının sayı artaraq 20 min 319 nəfərə çatıb.

İndiyədək ölkə üzrə virusa yoluxma sayı 148 min 377 nəfərdir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti