İspaniyada koronavirusdan ölənlərin sayı artıb

İspaniyada koronavirusdan ölənlərin sayı artıb
  25 Aprel 2020    Oxunub:2464
İspaniyada son sutka ərzində 378 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya başlayandan 22 min 902 nəfər dünyasını dəyişib.

İspaniyada koronavirusa ümumilikdə 223 759 nəfər yoluxub. Sutka ərzində yoluxma sayı 2944 nəfər olub. İndiyədək 95 min 708 xəstə sağalıb.

Qeyd edək ki, İspaniya koronavirus qurbanlarının sayına görə ABŞ və İtaliyadan sonra üçüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti