Almaniyada koronavirusa yoluxma sayı 125 mini keçdi

 Almaniyada koronavirusa yoluxma sayı 125 mini keçdi
  14 Aprel 2020    Oxunub:2130
Almaniyada son 24 saat ərzində 2082 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 125 min 98 nəfər olub. Koronavirus qurbanlarının sayı 170 nəfər artaraq 2969-a çatıb. İndiyədək virusa yoluxan 68 min 200 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti