İspaniyada daha 517 nəfər koronavirusdan öldü

İspaniyada daha 517 nəfər koronavirusdan öldü
  13 Aprel 2020    Oxunub:2161
İspaniyada son sutka ərzində koronavirusdan 517 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İspaniyada son günlər açıqlanan statistika ölüm sayının azaldığını göstərir. Ümumilikdə, ölkədə 17 min 489 xəstə infeksiyaya yoluxmadan dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 169 min 496 nəfərdir, onlardan 64 mindən çoxu artıq müalicəni uğurla başa çatdırıb.

Bu həftədən etibarən İspaniyada məhdudlaşdırıcı tədbirlər nisbətən aradan qaldırılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti