Qanunsuz dini təbliğatla məşğul olan 12 nəfər həbs edilib

  02 Aprel 2020    Oxunub : 1203
 Qanunsuz dini təbliğatla məşğul olan 12 nəfər həbs edilib
Ötən il qanunsuz dini təbliğatla məşğul olan 12 nəfər barəsində cinayət işi başlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd olunub ki, 54 nəfər barəsində inzibati tənbeh tədbirləri görülüb. O cümlədən 12 nəfəri inzibati qaydada həbs edilib. Həmin şəxslərdən 627 ədəd dini ədəbiyyat, broşura, jurnal buklet, 249 ədəd audio və video disk, digər dini əşyalar aşkar edilərək götürülüb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: NazirlərKabineti   Hesabat