Cənubi Koreyada virusa yoluxanlar yenə artdı

  02 Aprel 2020    Oxunub : 1937
Cənubi Koreyada virusa yoluxanlar yenə artdı
Cənubi Koreyada son 24 saat ərzində 89 nəfər koronavirusa yoluxub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 9976 nəfərə çatıb. Onlardan 261 nəfər sağalıb, 169 xəstə həyatını itirib.

Qeyd edək ki, Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: CənubiKoreya