ABŞ-da virusdan ölənlərin sayı 1711 nəfərə çatıb

  28 Mart 2020    Oxunub : 1844
ABŞ-da virusdan ölənlərin sayı 1711 nəfərə çatıb
ABŞ-da son sutka ərzində 410 nəfər yeni növ koronavirusdan ölüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə virusdan dünyasını dəyişənlərin sayı 1711 nəfərə çatıb.

Ümumilikdə Birləşmiş Ştatlarda virusa yoluxanları sayı 105 min nəfəri keçib. Hazırda ABŞ yoluxma sayına görə dünyada birinci yerdədir.

Azvision.az

Teqlər: ABŞ   Koronavirus