Yanvarın 1-dən mobil rabitədə böyük yenilik olacaq - VİDEO

Yanvarın 1-dən mobil rabitədə böyük yenilik olacaq - VİDEO
  26 Dekabr 2013    Oxunub:2917
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov AzVision.az oxucularının ona ünvaladıqları sualları cavablandırır. Qeyd edək ki, təkrarlanan suallar ya çıxarılıb, ya da qruplaşdırılıb.

Əvvəli burada

Elmar:

- Salam. Mobil nömrə daşıma xidməti nə vaxt istifadəyə veriləcək? Ultel şirkətindən evə telefon və internet çəkdirmişəm. İnternetdə problem yarananda Rabitə Nazirliyinin qaynar xəttinə zəng vurmuşam ki, bu məsələ araşdırılsın. Qaynar xəttdə cavab verən əməkdaşınız bildirib ki, “Ultel-ə biz bir söz deyə bilmirik”. Bu, nə dərəcədə düzgündür?




- Nömrə daşınması ilə bağlı məsələ, düşünürəm ki, bu günün ən aktual suallarından biridir. Ötən il bir neçə sual üzrə biz mobil operatorlarla danışıqlara başladıq. Bunlardan biri kimi ölkəyə gətirilən mobil telefonların qeydiyyat sistemini yaratdıq və artıq bu gün sistem çox gözəl işləyir. Oğurluq telefonların qarşısı alınır. İkincisi nömrə daşınması məsələsidir. Bu, bir çox amillərdən asılıdır. Həm mobil operatorların şəbəkəsi, beynəlxalq, həm də şəhərlərarası stansiyalarımız buna hazır olmalıdır. Həm də bir mərkəz qrulmalıdır ki, bu mübadilə olunan informasiya mərkəz üzərindən həyata keçirilsin. Texniki rəy və hüquqi bazası olamlıdır. Çox uzun müzakirədən sonra Nazirlər Kabinetində ən humanitar qaydalar hazırlandı. Bizdə hazırlanan qayda heç bir ölkədə yoxdur. Orada daşınma nə formada həyata keçirilməlidir, necədir, eləcə də nömrələrəin qeydiyyat məslələri və s. əksini tapıb. Bundan sonra mobil operatorlarla mərkəz yaradılmasına qərar verildi. Mərkəz də yaradılıb başa çatdı. Mobil operatorlarla müqavilələr bağlandı. Texnki olaraq hər bir şey hazırlandı. Hazırda testlər başa çatmaq üzrədir. Yanvar ayının 1-dən bu xidmətin rəsmi olaraq başlanması nəzərdə tutulur. Artıq bunun üçün hər şey hazırdır.Yanvar ayının birindən istənilən insanımız öz nömrəsini bir mobil operatordan götürüb başqa bir mobil operatora daşıya biləcək.

İkinci suala gəlincə isə, təşəkkür edirəm ki, bizim “qaynar xətt”dən istifadə edirlər. Hər gün “qaynar xətt”ə gələn zənglər və onun nəticəsi barədə deyə bilərəm ki, əgər problemlər həll olunmursa, nazirə bu barədə mütləq məruzə edilir. Nazirin yanında problemlərin həlli üçün tədbirlər görülür. Bu, adətən az hallarda olur. Ancaq problem varsa, mütləq həllini tapmağa çalışırıq. Nazirliyimizə daxil olan müraciətlər bəzən bizimlə bağlı olmasa belə, məktubla onu digər qrumlara göndəririrk .

O ki qaldı Ultel şirkəti ilə bağlı suala, ola bilər bu, orada oturan hansısa operatorun səhvidir. Yəni Ultellə bağlı müraciət daxil olubsa, Ultel Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziyası əsasında fəaliyyyət göstərən müəssisədir. Düşünürəm ki, belə bir hal varsa, bir daha müraciət etsin və ya artıq sizin sayt vasitəsilə biz onun həllini birgə tapmış olacağıq.

Esmira Əliyeva:

- “Katel” deyilən telefonlar nədən neçə illərdir ki, işləmir? Halbuki, Əli Abbasov dəfələrlə söz vermişdi ki, bu nömrələr işləyəcək...



- “Katel telefonları” deyəndə, onlar SDMA tipli telefonlardır. Mobil telefon kimi istifadə olunan telefonlardır ki, bir müddətdir, şəbəkədə müəyyən problemlər üzündən qalır. Cənab nazir bu barədə bizə tapşırıq verib, istehsalçı və texniki infrastrukuturu təmin edən şirkətlərlə dəflərlə görüşüb müzakirələr aparmışıq, həlli də çox yaxın idi. Anlaşılmazlıq yarandığından, bu şəbəkə hələ də qalası oldu. Biz bu gün də onun üzərində müzakirə aparırıq. Bizim maraqlı bir təklifimiz var. Hətta əvvəlkindən daha da böyük formada şəbəkəni genişləndirmək və hər yeri əhatə etməyə başlamaq istəyirik. Ancaq bu, vaxta, texniki uzlaşma problemlərinin başa çatmasına bağlıdır. Bunlar başa çatmış olsa, hətta yanvardan başlaya bilər. Ola bilər ki, bir aya kimi də çəksin.

Məmməd Məmmədov:
- Ultel MMC-nin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə birləşdiriləcəyi xəbəri doğrudurmu? Doğrudursa, səbəbi nədir?




- Ultel fəaliyyət göstərdiyi bazarda uzun müddətdir mövcuddur. Nazirliklə birgə müəssisə olub və birgə fəaliyyət göstərib. Daha doğrusu, nazirlik və Bakı Telefon Rabitə İstehsalat Birliyilə birgə fəaliyyət göstəriblər. Bu gün bu müəssiələr çox qarşıq və bir-birinin içindədir, yəni Ultel hansısa başqa bir yerdə deyil. Müxtəlif yerlərdə adalar kimi fəaliyyət göstərir və demək olar ki , Bakı Telefon Rabitə İstehsalat birliyi ilə hər tərəfdən əlaqəlidir. Gələcəkdə bəlkə başqa bir formada ola bilər və əgər olacaqsa, demək, günün tələbi olacaq. Bu gün isə elə bir məsələ gündəlikdə yoxdur.

Esmira Əliyeva:

- Mən internet istifadəçisiyəm. Hər ay 20 manat ödəməyimə baxmayaraq, internetin gücü bəzi vaxtlarda çox zəif olur.Bunu nə ilə izah edərdiniz?




- İnternetin sürəti müəyyən texniki parametrlərə bağlıdır. Vətəndaş müraciət edəndə ki, bu nömrəli telefonum var və internet istəyirəm, provayderlər onun ünvanına qədər olan xəttin parameterlərini tam araşdırmadan xidməti qoşur ki, get, istifadə edəcəksən. Sonra vətəndaş istifadə edəndə problemlər ortaya çıxır. Axı xidməti həmin əraziyə çatdırmaq üçün telefon xəttinin parametri uyğun deyil. Bu, vətəndaşın da problemi deyil, çünki vətəndaş texniki işçi deyil, hardan bilsin? Eşidib ki, evində telefon var, pulunu ödəsə, internet işləyəcək.

Düşünürəm, belə internet provayderlər öncə telefona xidməti göstərən oparatorlarla birgə araşdırdıqdan sonra həmin müqaviləni bağlamalıdır. Belə xarakterli problemlər bu gün çoxdur. Və hardan baxsaq vətəndaş haqlıdır. Çünki pulun ödəyib və haqlı olaraq tələb edir. Operator da haqlıdır. Operator deyəcək ki, mən axı onunla telefon xidməti üçün müqavilə bağlamışam, bu isə həmin xəttlə böyük sürətlə internet gətirir.

Ortalıqda belə bir narazılığın olmaması üçün genişzolaqlı internetin tətbiqi haqqında layihə hazırlanması ilə bağlı bir qərar qəbul olunub. Bu layihənin hazırlanması ilə Bakının hər yerində vətəndaşın hətta 100 Mb-ə qədər internet alması üçün texniki imkan yaranmış olacaq. Təkcə Bakıda belə bir şəbəkənin qurulmasına təxminən 50 milyon manatdan çox vəsait ayrılacaq. Demək olar şəhər şəbəkəsi, texniki infrastruktur yenidən qurulmalıdır. Biz avadanlıq olaraq ATS-ləri dəyişmişik, Bakıda bu gün ən son elektron ATS-lər fəaliyyət göstərir. Hətta biz elektron ATS ləri belə dəyişirik. Baxın, 92/97 saylı ATS şəhərin mərkəzində ən müasir tipli stansiyalardan idi. Artıq bu gün o tələbatı ödəmir.

Yeni nəsil texnologiyada vətəndaş bir telefon xəttilə istəsə internet istifadə edəcək, istəsə telefon və ya İP-televiziyaya baxacaq. Və ya eyni bir xəttdən hər üçü üçün istifadə edəcək. Bu imkanlar genişlənir. Biz indi ATS-lərin dəyişilməsini başa çatdırdıq, sonra isə ən ağır hissəsi - xəttlər dəyişiləcək. 2016- cı ilə qədər biz bu layihəni Dövlət Neft Fondu ilə birgə həyata keçirilməsini nəzərdə tuturuq. Nəticədə Azərbaycanda ən ucqar kənddə belə miniumum 5-10 mb sürətli internet olacaq. Bu hədəf Avropa üçün orta deyil, ortanın üstündə olan hədəfdir. MDB məkanında belə bir iddialı layihəyə başlayan ikinci bir yoxdur. Bunu tətbiq etməklə Azərabycan ilk dəfə MDB məkanında internet və digər problemləri respublika miqyasında aradan qaldırmış olur.

Konkret suala gəlincə, belə deyim, ATS-ə yaxın ərazidədirsə, qısa müddətə həll edə bilərik. Yox mən dediyim qlobal problemlə bağlıdırsa, addım-adım düzələcək. Həm Bakı , həm də regionlarda, Naxçıvanda bu işlər aparılacaq. 2016- cı ilə kimi məsələyə tamamilə son qoyacağıq.



Həsən:
- O düzdürmü ki, 211 ile başlayan nömrələr sehirlidir, ona gorə də elə baha olur?




- Nömrənin baha olması tək 211-lə başlaması ilə bağlı deyil. Mobil telefon nömrələrində bilirsiniz, müəyyən forma nömrələr var ki, dünyanın hər yerində bahalıdır. Hətta elə yerlər var ki, 10-20 milyon dollara nömrə satılır. 211 ilə başalayan nömrələr dövlət orqanlarında işləməsi üçün yönəldiyindən, insanlarda ona maraq var.

Vüsal:

- İltimas müəllim, peykimizdə daimi neçə kanal olacaq və kanal artımı niyə ləng gedir, bölgə kanallarımız və internet kanallarımız o qədərdir ki… O kanalların hamısının peykimizdə yayımlanmasını çox istərdik. Peyk bizim peykdir, niyə bizim öz kanallarımız burada yayımlanmasın?




- Peykə adətən elə səviyyəli kanallar qaldırılır ki, ona başqa yerlərdə də baxırlar. Məsələn, Türkiyənin kanallarının hamısını “Türksat”a qaldırmırlar. Türkiyənin regional kanalları var ki, mən Türksaatın rəhbəri ilə söhbət edən zaman dedi ki, “biz onların hamısnı qaldırmaq istəsək, kanalların sayı neçəyə çatar”. Sadəcə, onların çoxu regionun daxlində daha aktual hesab olunur, ümumi marağı əks etdirmir. Regionda olan kanallar əvvəlcə elə səviyyəyə qaldırılmalıdır ki, sabah peyk vasitəsilə ona baxnda gülünc vəziyyətə düşməsin. Naxçıvanda, Sumqayıtda, Gəncədə yüksək səviyyədə hazırlanan kanallar var ki, onların MTRŞ- nın da mövqeyi ilə gələcəkdə peykdən yayımlanması mümkün ola biləcək.

Eldar:

- Bilmək istərdim ki, İnformasiya Texnologiyaları Univesiteti harada yerləşəcək və universitetin nizamnaməsi ilə bağlı vəziyyət nə yerdədir, nə zaman təsdiqlənəcək?


- Bu il imzalanan ən vacib və önəmli sənədlərdən biri də İTU-nun yaradılmasıdır. Bununla yanaşı, İnformasiya texnologiyaları dəstək fondunun və yüksək texnologiyalı parkın yardılması da nəzərdə tutulub. Bu üçü bir-birinə birbaşa bağlı layihələrdir. Həm kadr hazırlanır, həm dövlət tərfindən sahəyə dəstək verilir, həm də yüksək texnologiyalar parkı yaradılır. Bununla mühit formalaşdırlır. Hazırda 60- dan yuxarı tələbə ən yüksək balla daxil olub. Harada yerləşməsi ilə bağlı bir neçə varianatlar mövcuddur. Bunlar müzakirə olunur. Onlar texniki olaraq həllini tapdıqdan sonra həmin tələbələr universitetin öz yerində işinə başlamış olacaq.

Emin:

- Hörmətli İltimas müəllim. Sizi bir məsələ ilə bağlı narahat edirəm. Sizdən bir xahişim var. Mənim maddi vəziyyətim aşağıdır. Özüm Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayıram. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim evimə telefon çəkilməyinə köməklik edəsiniz.Vallah,maddi durumum imkan versəydi, sizi bu məsələ ilə bağlı narahat etməzdim.Çox xahiş edirəm, İltimas müəllim, mənə kömək edin.


- Mən bu məsləni araşdırılmasını dedim. Nədən vətəndaş maddi durum deyir, tam aydın deyil. Bəlkə də vətəndaşın yaşadığı ünvan elə yerdədir ki, ona əlavə dirəklər, kabellər lazım olub. Yoxsa sırf ödəniş haqqınımı nəzərdə tutur “kömək” deyəndə? Yəni qanunvericilik daxilində mütləq çalışıb araşdıracağıq ki, nə mümkündürsə edək.

…Və İltimas Məmmədovun AzVision.az saytına sözləri:




Şahanə RƏHİMLİ
Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti