Aeroport yolunda qəza sıxlığa səbəb oldu

  24 Fevral 2020    Oxunub : 1324
Aeroport yolunda qəza sıxlığa səbəb oldu
Bakının Suraxanı rayonu ərazisində, Ramana qəsəbəsinə gedən yolötürücü körpünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qeyd olunub ki, qəza səbəbindən hava limanı istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Azvision.az

Teqlər: BNA   Qəza