`Binə` Ticarət mərkəzində yanğın söndürüldü - FOTO

`Binə` Ticarət mərkəzində yanğın söndürüldü - FOTO
  25 Dekabr 2013    Oxunub:1324
"Binə" Ticarət Mərkəzində 4-5 sırada başlayan yanğın bir neçə mağazaya keçib. AzVision.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, yanğın geniş ərazini əhatə edib.

Məlumata görə, yanğının əhatəsi genişləndiyindən, 4-cü dərəcəli çağırış elan edilib. Çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub.
Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib.

Şahidlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, ən azı 20-dən artıq ticarət obyekti yanıb. Əsasən ikinci mərtəbədə olan ticarət obyektlərinə ziyan dəyib.

Yanğın zamanı xəsarət alan olmayıb.

FHN-dən də bildiriblər ki, artıq yanğın tam söndürülüb, hazırda kəşfiyyat işi aparılır.

Qalereya




Teqlər:





Xəbər lenti