`Binə` Ticarət Mərkəzində yanğına 4-cü çağırış elanı

`Binə` Ticarət Mərkəzində yanğına 4-cü çağırış elanı
  25 Dekabr 2013    Oxunub:1171
“Binə” Ticarət Mərkəzində başlayan yanğının əhatəsi genişlənib, 4-cü çağırış elan edilib.
"Binə" Ticarət Mərkəzində 5-6 sırada başlayan yanğın bir neçə mağazaya keçib. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, yanğın geniş ərazini əhatə edib.
Məlumata görə, yanğının əhatəsi genişləndiyindən, 4-cü dərəcəli çağırış elan edilib. Çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib.


Teqlər:  





Xəbər lenti