FHN 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

FHN 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
  24 Dekabr 2013    Oxunub:1242
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 22-ci kilometrliyində “Mercedes-benz” markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılıb və daha sonra “Nissan” markalı minik avtomobilinin üzərinə aşıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “NİSSAN” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində vəfat edib.

Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 13:06-da başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti