Türk serialları “kitayski” çıxdı - ARAŞDIRMA

Türk serialları “kitayski” çıxdı - ARAŞDIRMA
  23 Dekabr 2013    Oxunub:11169
Uzun illərdir bir serial xəstəliyinə tutulmuşuq. Əvəllər bir romanı oxuyub sonuna qədər çalışsaq da indi ömrümüzü seriallara həsr etmişik.
Braziliya serialları ilə başlayan serial həvəsimizi sonradan türk ssenaristləri əvəzlədi. Əslində ssenarist deyəndə bir az ehtiyatla yanaşmaq lazımdır. Çünki artıq durmadan serial istehsal etmək ssenaristlərin sandığının boşalmasına gətirib çıxarıb. Ona görə də indi Türkiyədə xarici filmlər və seriallardan köçürmə başlayıb. Düzdü bu serialların nə qədər uğur qazandığı da sual altndadır. Çünki bəziləri yalnız bir neçə bölümdən sonra yoxa çıxır.

Öncə uzun illər izlənilən “Doktorlar” serialından başlayaq.



Bir çox yaxınlarımın nəfəs almadan izlədiyi bu serialın əsil adı “Greys Anatomy”di. 2006-cı ildə ildə ekranlara gələn serialda həkimlərin iş həyatından danışılırdı. Serial final bölümünə çatmadan reytinq güdazına gedərək yayından çıxarıldı.

Hazırda ekranlarda olan “İntiqam” serialının orjinal adı “Revenge” adlanır. ABŞ-da iki il izlənilən bu serialın dünyaın bir çox ölkələrində izləyiciləri var. Amerikan malı olan bu serialın türk variant çox şişirdilib və bir az da “yaşıl cam” filmlərinə dönüb. “Revenge”də çox soyuqqanlı olan Emily Thornenin türk versiyası Yagmur (Bəran Saat) çox duyğusaldır.
Şahika xarakteri, “Revenge”nin ana xarakterindən Viktoria Graysonun özündən əmin havasını vermir.



“Umutsuz ev qadınları”-yəni “Desperate Housewives” serialının türk variantıdır. İki ildi davam edən bu serialın xarici variantı tam 8 il yayımlanıb. İndi “Umutsuz ev qadınları”da xarici variantın yolunu gedərsə, ya qismət kim ölə kim qala məsəlinə dönər.

Hazırda yayımlanan daha bir serial “Medcezir”dir. 2003-2007-ci illərdə Amerikada yayımlanan “The Orange County” serialının eynisidir. Serialın kasıb gənc oyunçusu Ryan Atwood və zəngin qız Marissa Cooperdir. İlk bölümdə böyük qardaş maşın oğurlayır. Vəkil ona yardım edir və kasıb oğlan vəkilin evinə yerləşir və orda zəngin qızla tanış olur. Beləliklə “Medcezir”-də gördüyümüz hər şey xarici versiyada davam edib.



“Bir Aşk Hekayəsi” Koreya filmi olan “I am Sorry I love You”nun türk variantıdır. Bu siyahını durmadan uzatmaq da olar.
Məsələn hazırda bitən dizilər var. “Evli və cocuklu” – Amerika variantında adı “Married with Children”. “Sənsiz olmuyor”-“Ugly Betty”, “Patron Kim”-“who is the boss”...Bu da bir Amerika filminin eynisidir. Uşaqların izlədiyi “Acemi Cadı” serialının əsil adı “Sabrina”dır. Bir necə ildi davam edən “Arka sokaklar” serialının orjinal adı isə “CSI” dir. Bu serial əvvəlcə uğur qazanmasa da ssenaridə müəyyən dəyişikliklərdən sonra ekranlarda qalmağı bacardı. Ümümiyyətlə, isə son vaxtlar türkiyəli ssenaristlər gözlərini Koreya seriallarına dikib. Türk film mütəxəssisləri onu da bildirir ki, seriallarda cansıxıcı məqamlar var.



Məsələn, türk serialı 100 dəqiqə davam edir. Saat 8-də başlayır və 11-də bitir. Bir problem isə bölümlərin çoxluğudur. Filmin orjinalı 16-20 seriya olur. Təsəvvür edin bu film 100 seriya olacaq və 100 dəqiqə davam edəcək. Bu serialı necə dinamik saxlamaq olar? Hələ xarakterlər 10 dəfə evlənmək istəyəcək alınmayacaq, 25 dəfə ayrılacaqlar, 1000 dəfə hadisələri qapının arxasında eşidəcələr və litr-litr göz yaşları axıdılacaq. Bunu kim həvəslə izləyəcək? Amma bir serialın və ya filmin orjinal versiyası varsa, kopyanı izləmək nəyə lazım? Hər halda indi Türkiyədə insanalar bu barədə düşünməyə başlayıb. Azərbaycanda isə serial sahəsi inkişaf etmədiyindən, hətta saxtası və orjinalı ilə baxımsız olduğuna görə hələki yalnız serial sahəsizliyindən danışmaq olar. Bu barədə necə deyərlər gələn seriallarda...

Məhsəti Şərif , İstanbul
AzVision.az



Teqlər:  





Xəbər lenti