Ötən il dünyada 15400 nəfər terror qurbanı olub
Bu barədə Terrorizmi Öyrənən və Terrorizmə Qarşı Mübarizə Aparan Konsorsium məlumat yayılıb.
Məlumatda bildirilir ki, terror aktları ən çox Pakistan, İraq və Əfqanıstanda törədilib. Hindistan, Nigeriya, Somali, Yəmən, Tailand və digər ölkələr də vaxtaşırı terrora məruz qalıb.
Bu ölkələrlə müqayisədə Avropada terror aktlarının səviyyəsi xeyli aşağıdır. Ötən il Avropa ölkələri arasında Fransa və Şimali İrlandiya daha çox terror aktlarına məruz qalıb. Keçən il Fransanın Tuluz şəhərində və Korsika adasında bir neçə nəfərin ölümü ilə nəticələnən terror aktı qeydə alınıb.