Qəçrəşdə istirahət mərkəzində yanğın olub

  11 Yanvar 2020    Oxunub : 1568
Qəçrəşdə istirahət mərkəzində yanğın olub
Quba rayonunun Qəçrəş kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 170 m² olan mətbəxin tavanı 30 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın