“ASAN xidmət” xaricdə yaşayan azərbaycanlılara xidmət göstərəcək

  19 Dekabr 2019    Oxunub : 16158
 “ASAN xidmət” xaricdə yaşayan azərbaycanlılara xidmət göstərəcək
"Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Diaspora ilə iş üzrə Dövlət Komitəsi arasında olan razılaşma üzərində iş aparılır".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu razılaşma xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına lazımi hüquqi xidmətlərin göstərilməsi ilə bağlıdır: "Komitənin təqdim etdiyi təkliflər əsasında "ASAN xidmət" həmin ölkələrdəki vətəndaşlarımıza xidmət göstərəcək. Diasporla iş üzrə Dövlət Komitəsi hansı ölkələrin siyahısını verəcəksə, o ölkələrdə də xidmət göstərəcəyik. Bildiyiniz kimi, azərbaycanlılar ən çox Türkiyə və Rusiyada yaşayır. İlk olaraq həmin ölkələrdən xidmət göstərilməsinə başlanılacaq".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ASAN-Xidmət