Türkiyənin Şerlok Holmsları - EKSKLÜZİV

Türkiyənin Şerlok Holmsları - EKSKLÜZİV
  14 Dekabr 2013    Oxunub:3346
1996-ci il idi. O vaxt Bakıda Nizami metrosunun yanında dedektivlərin bürosu var idi. Yeni yaranmışdı. Həmin il mən Bakıdakı dedektivlərdən reportaj hazırlamışdım. Amma bu qurumun işi çox getmədi. Azərbaycanda dedektivlik inkişaf edə bilmədi və təxminən bir il sonra fəaliyyətini tam dayandırdı.

Hələ o vaxt dedektivliklə məşğul olan keçmiş polis işçisi deyirdi ki, onlara daha çox həyat yoldaşının nə iş gördüyünü bilmək istəyən zəngin qadınlar müraciət edir.

Əslində Türkiyədəki dedektivlərdən yazırdım, bu məqamda yadıma düşdü və bölüşmək istədim. Mənim üçün maraqlı idi Türkiyədə dedektivlər varmı və varsa necə çalışırlar. Onlara kimlər müraciət edir, dedektivlər kimləri izləyir? Araşdırmalarıma görə əslində Türkiyədə də dedektivliyin tarixi çox uzun keçmişə malik deyil. 1990-cı ildə yaranmış özəl dedektivliyi öyrədən xüsusi bir məktəb və ya qurum yoxdu. Ona görədə dedektivlik etmək istəyən insanların çoxu başqa ölkələrdə xüsusi ilə Almaniya və Amerikada təhsil alırlar. Amma Türkiyədə durmadan artan 7 gün 24 saat xidmətdə olan dedektivlik ofisində minlərlə çalışan insanlar var. Bu insanlar büro rəhbərlər tərəfindən seçilir. Onlar ali təhsilli və pisxoloji sorunu olmayan şəxslər olmaldır. Ona görədə dedektivlik üçün bürolara müraciət edən şəxslər ilk növbədə bir neçə testdən keçir. Onların səbri, hadisələrə dözümlülüyü test edilir.

Qeyd edim ki, büro rəhbərləri hüquqşünaslar olur və onlar Türkiyə Cümhuriyyətinin qanunlarından xəbərdar olmalıdır. Dedektiv bürolarının hamısı mütləq dövlət qeydiyyatından keçməli, vergi ödəməli, işçilərini sığorta əsasında çalışdırmalıdır.

Özəl Dedektivlər Dərnəyinin İstanbul şöbəsinin təmsilçisi dedektiv Hakan Kara suallarımı cavablandırdı.

Hakan Kara deyir ki, Türkiyədəki dedektivlərə əsasən ailələr arasında problem yaşayan qadınlar və kişilər müraciət edir. Birdə böyük şirkətlərin ozəl dediktivlərə işi çox düşür. Amma hər istəyən də özəl dedektivə müraciət edə bilməz. Bunun da bir qayda-qanunu var.

“Bizə gələn her sənədin arxasında ədalətli müraciət dayanmaldır. İstər ailə, istər başqa səbəblə müraciət olunsun. Əsasən biz tərəflərin məhkəməsi üçün faktlar toplayırıq. Araşdırmalar, şəkil və video kimi dəqiq dəlillərimiz olmalıdır. Eyni zamanda saxta malların aşkar edilməsi, saxta markaların olduğu depoların yerlərini tapmaq üçün izləmələr aparırıq”.



Hakan Kara deyir ki, onlara ən çox qadınlar müraciət edir və onlar bu müraciətləri gizli yolla araşdırırlar.

“Bizə müraciət edən qadınların 10-dan 9-u haqlıdır. Amma əvvəlcə biz öyrənirik ki, o nədən şübhələnir. Biz telefon danışıqların tapırıq, şəkillər çəkirik, video görüntülər toplayırıq və bunu məhkəməyə təqdim edirik”.

Hakan Kara əsasən dedektiv qurupunda 5 nəfər olduğunu deyir. Onlardan 2-si motosikiletlə, 3 isə maşınla işləyir. Qurupda mütləq qadın da olmalıdır. Dedektivlər araşdırmaları zamanı bir cinayət hadisəsinin üzərinə çıxarsa bu an mütəq işi polisə təhvil verirlər. Yalnız bundan sonra hadisənin araşdırmağa davam edə bilərlər.

Qeyd edim ki, 1994-cü ildə Türkiyədə dedektivlik qanunu Milli Məclisin müzakirəsindən keçib və təsdiq olunması üçün prezident Süleyman Dəmirələ göndərilib. Lakin prezident qanun üzərində yenidən işlənilməsi üçün parlamentə qaytarıb. O vaxtdan qanun layihəsi Türkiyə parlamentində yenidən müzakirəsini gözləyir. Özəl dedikv Hakan Kara hesab edir ki, qanun qəbul olunarsa, onların işi daha effektiv ola bilər.

Məhsəti Şərif, İstanbul
AzVision.az





Teqlər:  





Xəbər lenti