`iPhone` casus telefondur

`iPhone` casus telefondur
  10 Dekabr 2013    Oxunub:2869
Rusiya Duması dövlət nümayəndələrinə “iPhone” işlətməyi qadağan etməyə hazırlaşır. Məqsəd onları xarici xüsusi xidmət orqanlarının dinləməsindən xilas etməkdir.
Rusiya Federasiya Şurasının üzvü Ruslan Qattarov bildirib ki, məmurların xidməti smartfonlarının təhlükəsizliyinin təkmilləşdirilməsi üçün qanunvericilərdən və ekspertlərdən ibarət işçi qrup yaradılacaq. ”iPhone” xidməti ehtiyaclar üçün uyğun gəlmir: “Təhlükəsizlik baxımından sistem kifayət qədər zəifdir. Xüsusi xidmət orqanlarının traffikin şifrəsini açan telefonları var. Və onlar bu telefondan istifadə edirlər. Xidməti informasiyaya müəyyən məhdudiyyətlər tətbiq etmək lazımdır”.

Qattarov əlavə edib ki, müxtəlif məmurlar üçün müxtəlif təhlükəsizlik səviyyələri müəyyən olunacaq. Birinci mərhələ yalnız şifrəli telefonlardır. İkinci mərhələdə xidməti telefonlar gəlir. Bunlar üçün Rusiyada sertifikatlaşmış müəyyən modellər var.

Dövlət Dumasının İnformasiya Siyasəti üzrə nümayəndəsi Vadim Denqin ideyanı dəstəkləyib. “Smartfonlara inamsızlıq bütün dövrlərdə olacaq. Kim texnikanı hazırlayırsa, o, bizi dinləyə də bilər. Mən şəxsən razıyam ki, mənə xarici casuslardansa, öz dövlətim nəzarət etsin”- deyə deputat bildirib.

Yada salaq ki, ötən həftə Edvard Snouden ABŞ-ın gün ərzində dünyanın müxtəlif yerlərindəki 5 milyard telefon zəngini izlədiyini və asanlıqla telefon sahibini, onun yerləşdiyi ərazini müəyyən edə bildiyini söyləmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti