Azərbaycanlılardan Ərdoğana müraciət

Azərbaycanlılardan Ərdoğana müraciət
  10 Dekabr 2013    Oxunub:2009
AzVision.az xəbər verir ki,Bütöv Azərbaycan ocaqları Türkiyə respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib.

Surəti Musavat.com-a göndərilən məktubda deyilir.

“Türkiyə Respublikasının Baş Naziri
Hörmətli Rəcəb Tayyib Ərdoğana
Bütöv Azərbaycan Ocaqları
tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli Baş Nazir,
Gürcüstan Respublikasının Borçalı (Kvemo-Kartli) bölgəsində kompakt yaşayan, sayı 600 min civarında olan yerli Azərbaycan türklərinin təhsillə bağlı ciddi problemləri var. Belə ki, bu bölgədə əhalinin sosial durumunun aşağı olması, müəllim çatışmazlığı, həmçinin dövlətin təhsilə böyük maddi vəsait ayırmaq imkanının məhdud olması Azərbaycan türklərinin lazımı səviyyədə orta və ali təhsil almaq və dövlət idarələrində işləmək imkanlarını məhdudlaşdırır. Təhsil səviyyəsinin aşağı olması eyni zamanda əhalinin Gürcüstan cəmiyyətinə inteqrasiya olunmasını çətinləşdirir.

Hörmətli Baş Nazir,
Sizin müxtəlif dünya ölkələrində təhsilin inkişafı istiqamətində həyata keçirdiyiniz tədbirlər hamı tərəfindən alqışlanır və Sizə olan sevgini artırır. Sizdən xahiş edirik ki, Borçalı bölgəsində təhsilin səviyyəsini yüksəltmək üçün orada türk liseylərinin açılmasına şərait yaradasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Zahir Əlisoy

“Bütöv Azərbaycan Ocaqları”nın başqanı”


Teqlər:  





Xəbər lenti