Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ETİRAZ

Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ETİRAZ
  09 Dekabr 2013    Oxunub:1273
“Abidələri təhqir etmək, dağıtmaq vəhşilikdir. Lenin dağıdılan abidəsi UNESCO-nun dünya irsi siyahısına salınmış abidələrdən biridir. Yəni bu vəhşilik belə bir abidəyə qarşı baş verib”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib.

Partiya sədri bu addımın vandalizm olduğunu qeyd edib.

“Belə bir abidəyə qarşı vandalizm aktı edən insanlar Avropaya inteqrasiya etmək arzusundadırlar. Bu cür vəhşiliklə məgər Avropanın ailə üzvlərindən olmaq mümkündürmü? Hesab edirəm ki, yox”,– deyə partiya sədri bildirib.

R.Qurbanov vurğulayıb ki, bu davranış həmin xalqın imicinə xeyir gətirən məsələ deyil.

“Təbii ki, bunu bütün ukraynalıların ayağına yazmaq olmaz. Ukraynada bir qrup dövlətin konstitusyon quruluşuan qarşı çıxır və bu məsələlərlə həmin qüvvələr məşğul olur. Məhz Lenin abidəsinin dağıdılması həmin insanların özlərinin necə gücsüz olduqlarının əyani təzahürüdür”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti