Yevlaxda avtomobil yolları abadlaşdırılır
AzVision.az xəbər verir ki, Yevlax şəhər icra hakimiyyətindən bildiriblər ki, Dövlət Proqramı çərçivəsində Xaldan-Mingəçevir yolunda 10, Nemətabad və Nərimanabad kəndlərindin girişində 4,3, Xaldan və Yuxarı Bucaq kəndlərində 5,2, Malbinəsi kəndində 6, Yevlax şəhəri daxilində isə 42,3 kilometr yollar yenidən qurularaq asfaltlanıb.
Ölkə başçısının 11 iyul 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq rayonun 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı, Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yollarının yenidən qurulmasına başlanıb. Artıq yolun Səmədabad-İsmayılabad-Bünyadabad kəndlərini birləşdirən birinci hissəsinin tikintisi başa çatıb. Yolun digər hissəsində işlərin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub.
Teqlər: