Bakıda avtomobil radar dirəyinə çırpıldı, ölən var

Bakıda avtomobil radar dirəyinə çırpıldı, ölən var
  09 Dekabr 2013    Oxunub:1143
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı radar dirəyinə çırpılıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, avtomobil deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin 1965-ci il təvəllüdlü Babayev Əsgər Minbər oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti