Çinlilər “London” birjasını almaq istəyir

Çinlilər “London” birjasını almaq istəyir
  11 Sentyabr 2019    Oxunub:1996
“Hong Kong” birjası “London” birjasını 36 milyard dollara satın almaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, “Hong Kong Exchanges and Clearing Limited” birjası “London Stock Exchange Group”una aktivləri birləşdirməklə bağlı təklif irəli sürüb.

Xatırladaq ki, hələ 2012-ci ildə “Hong Kong” birjası London metal birjasını almışdı.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Birja   London  





Xəbər lenti