İşçiləri məcburi əməyə cəlb edənlər cəzalandırılacaq

İşçiləri məcburi əməyə cəlb edənlər cəzalandırılacaq
  11 Sentyabr 2019    Oxunub:1622
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərində “Məcburi əməyin və insan alverinin qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən xəbərə görə, tədbirdə bildirilib ki, qanunvericiliyə əsasən, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Tədbirdə, həmçinin qeyri-rəsmi məşğulluq barədə çıxışlar olub. Məşğulluğun bu növünün əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu qeyd edilib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti