Mərkəzi Bank 100 milyon manat cəlb edib

  09 Sentyabr 2019    Oxunub : 679
Mərkəzi Bank 100 milyon manat cəlb edib
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən Azvision.az -a verilən məlumata görə, sentyabrın 9-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

Azvision.az

Teqlər: Mərkəzi-Bank   Hərrac