Azərbaycan nefti 64 dollara çatdı

Azərbaycan nefti 64 dollara çatdı
  05 Sentyabr 2019    Oxunub:2011
Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,1 dollar artaraq 63,95 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az



Teqlər: Neft   Birja  





Xəbər lenti