KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib
Görüşdə həmçinin, biznes assosiasiyalarının gücləndirilməsi və bu sahədə KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Diqqətə çatdırılıb ki, müvafiq qaydalara uyğun olaraq, daxili bazar araşdırmaları üçün dövlət dəstəyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilir və sahibkarlar maraqlı olduqları daxili bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Sahibkarlar və biznes assosiasiyaları daxili bazar araşdırmaları ilə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış bölmədən (https://azvision.az/redirect.php?url=http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.
Tədbirdə iştirak edən sahibkarlar assosiasiyalarının nümayəndələri sahibkarların son zamanlar daxili bazar araşdırmalarının aparılmasına xüsusi maraq göstərdiklərini, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsinin müvafiq sahədə xərcləri və riskləri azaldacağını, yeni istehsal sahələrinin, məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfə verəcəyini bildiriblər.
Azvision.az
Teqlər: KOBİA