Bakıda Beynəlxalq Nəqliyyat Forumunun iclası keçiriləcək

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun iclası keçiriləcək
  04 Sentyabr 2019    Oxunub:1654
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası keçiriləcək.
Bu barədə Azvision.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, DANX-ın təşəbbüsü ilə qrupun növbəti iclası oktyabrın 14-15 tarixlərində Bakıda baş tutacaq: “İclasda BNF-nin üzv ölkələrindən 100-ə yaxın nümayəndə iştirak edəcək. Gündəlikdə qoyulan məsələlər Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti və beynəlxalq avtomobil daşımalarını daha da inkişaf etdirilməsi üçün layihələrin hazırlanmasına və müzakirə edilməsinə həsr olunacaq”,- deyə o vurğulayıb.

N.Allahyarova sonda vurğulayıb ki, Beynəlxalq Nəqliyyat Forumunun və üzv ölkələrin avtomobil sahəsindəki qurumlarının rəhbərlərinin Bakıda toplanması əlamətdar hadisədir və Azərbaycanın Avropa və Asiya arasındakı dəhlizdə iri logistika mərkəzinə çevrilməsinin əyani sübutudur.

Xatırladaq ki, Azərbaycanın da həqiqi üzv oduğu Beynəlxalq Nəqliyyat Forumunun hazırda 57 üzvü var. BNF-nin üzvü olmaq Azərbaycan daşıyıcılarının müəyyən edilmiş sayda BNF-nin təsis etdiyi çoxtərəfli “İcazə”lərlə təmin olunması deməkdir. Bu “İcazə”lərlə Azərbaycan daşıyıcıları üzv dövlətlərin ərazisinə/ərazisindən ikitərəfli daşımalar, tranzit keçid və 3-cü ölkədən/ölkəyə daşımaları heç bir maneə ilə rastlaşmadan həyata keçirə bilirlər.

Azvision.az



Teqlər: DANX  





Xəbər lenti