Ölkədə enerji istehsalı və ixracı artıb
Ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb.
Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVts elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVts və ya 2 dəfədən çox artım deməkdir.
Qeyd edək ki, ixrac edilən 166,3 milyon kVts elektrik enerjisinin 158,8 milyon kVts Gürçüstan Respublikasına ötürülüb.
Azvision.az
Teqlər: Azərenerji İstehsal İxrac