Mərkəzi Bankın valyuta ehtiyatları artıb

  02 Sentyabr 2019    Oxunub : 654
 Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, AMB-nin valyuta ehtiyatları sentyabrın 1-nə 6 milyard 004,3 milyon ABŞ dolları olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 378,6 milyon dollar çoxdur.

2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 625,7 milyon təşkil edib.

Azvision.az

Teqlər: MərkəziBank   Dollar