Azərbaycanda bankomatların sayı artıb

Azərbaycanda bankomatların sayı artıb
  30 Avqust 2019    Oxunub:1257
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının ATM-lərinin sayı son bir ildə 112 ədəd və ya 4,5% artaraq 2 582-ə çatıb.
Azvision.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən bildirir ki, iyulun 31-nə ölkədəki bankların filiallarının sayı 3 vahid artaraq 514-ə çatıb, şöbələrinin sayı isə 15 vahid azalaraq 128-ə enib.

İyulun sonuna kommersiya banklarında çalışan işçilərin sayı son bir ildə 1 559 nəfər və ya 9,2% artaraq 18 434-ə çatıb.

Azvision.az



Teqlər: Bankomat  





Xəbər lenti