Əli Əhmədov və İnam Kərimov "Yaşıl Bazar"da - FOTOLAR
Onun sözlərinə görə, son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Beləliklə də əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllni tapıb. Hazırda ölkə vətəndaşlarının əzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.
Əli Əhmədov əlavə edib ki, Azərbaycan Prezidenti süni qiymət artımına yol verilməməsinə çox ciddi nəzarət edir: " Hökumət də bu məsələni daim diqqət mərkəzində saxlayır. Çalışmalıyıq ki, vətəndaş məhsulun keyfiyyətindən, xidmətdən və qiymətindən məmnun qalsın. Əsas məsələlərdən birinin də ictimai nəzarətin təmin edilməsidir. Bunun ən etibarlı vasitələrindən biri də mətbuatdır. KİV-in bu işdə fəal olması və Hökumətə dəstək göstərməsi vacibdir".
Azvision.az
Teqlər: Əli-Əhmədov İnam-Kərimov KTN