Əsas kapitala yönələn vəsaitin həcmi azalıb
Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3%, büdcə vəsaitləri 28,1%, bank kreditləri 7,9%, əhalinin şəxsi vəsaitləri 6,9%, büdcədənkənar fondların vəsaitləri 1,5%, sair vəsaitlər isə 0,3% təşkil edib.
2019-cu ilin yanvar-iyul aylarında Bakı şəhərində şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
Azvision.az