MMC-lər üçün yeni nizamnamə formaları hazırlandı

MMC-lər üçün yeni nizamnamə formaları hazırlandı
  16 Avqust 2019    Oxunub:3470
Vergilər Nazirliyi məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) nizamnamələrinin yeni nümunəvi formalarını hazırlayaraq, rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Bir pəncərə” bölməsində yerləşdirib.
Azvision.az nazirliyin Media və kommunikasiya mərkəzinə istinadən xəbər verir ki, nizamnamənin nümunəvi formalarının yenilənməsi qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədardır.

Məlumata əsasən, Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən, MMC-nin xalis aktivlərinin dəyərinin 50 faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar MMC iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Məcəllənin 91.1-4-cü maddəsinin yeni redaksiyasına əsasən, ümumi yığıncaqda cəmiyyətin paylarının 50 faizindən artıq hissəsinə malik olan iştirakçılar iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

Bütün bunlar nəzərə alınaraq, nümunəvi nizamnamə formalarında dəyişiklik edilib. Dəyişikliyə qədər bu məsələlər hər bir MMC-nin öz nizamnaməsinə uyğun müəyyən olunurdu.

Azvision.az



Teqlər: MMC   Nizamnamə  





Xəbər lenti