"Əhalinin gəlirləri 6,6 faiz artıb" - Nazir

  14 Avqust 2019    Oxunub : 801
 "Əhalinin gəlirləri 6,6 faiz artıb" - Nazir
Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4%, qeyri-neft sektoru üzrə artım 3,2%, qeyri-neft sənayesində 15,7%, ticarət dövriyyəsində 20%-dən çox, qeyri-neft ixracında 15%, kənd təsərrüfatı məhsullarının istehsalında 13% artıb.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Nazir bildirilib ki, valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının dövlət başçısının inkişaf strategiyasının əsas hədəflərindən olduğunu vurğulayan Kollegiyanın sədri Şahin Mustafayev 2019-cu ilin əvvəlində böyük sosial paketin təsdiqləndiyini və bunun 4,2 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb.

Azvision.az

Teqlər: