“Azeri Light”ın qiyməti bahalaşıb

  14 Avqust 2019    Oxunub : 869
“Azeri Light”ın qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar ucuzlaşaraq 60,84 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,61 dollar azalaraq 56,49 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,78 dollar artaraq 64,09 dollar olub.

Azvision.az

Teqlər: Neft