Ramin Quluzadə Soçidə - Üç ölkənin nazirləri görüşdü

   Ramin Quluzadə Soçidə -    Üç ölkənin nazirləri görüşdü
  14 Avqust 2019    Oxunub:2743
Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrixin dəvəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Soçi şəhərində səfərdədir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, ölkəmizin nümayəndə heyəti Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak edib. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Xəzər dənizinin qərb sahillərindən keçən marşrutu ilə beynəlxalq yük daşımalarının həcminin artırılması, daşımaların asanlaşdırılması və bu sahədə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər müzakirələr olunub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Rusiya Federasiyasının Nəqliyyat naziri Yengeni Ditrix, o cümlədən İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında keçirilmiş ikitərəfli görüşlərdə nəqliyyat və tranzit daşımalar sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: NRYTN  





Xəbər lenti