Bu il Azərbaycanda 9 nəfər qorxunc xəstəliyə yoluxub

   Bu il Azərbaycanda 9 nəfər qorxunc xəstəliyə yoluxub
  01 Avqust 2019    Oxunub:2294
Son 6 il ərzində Azərbaycanda 51 nəfər qarayara xəstliyinə yoluxub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu xəstəlik 2014-cü ildə 10, 2015-ci ildə 9, 2016-cı ildə 10, 2017-ci ildə 6, 2018-ci ildə 9 və 2019-cu ilin 6 ayı ərzində 7 nəfərdə qeydə alınıb.

“Əvvəlki illərdə qarayara xəstəliyindən ölüm halı müşahidə edilməyib. Cari ilin iyul ayında isə Sabirabad rayonunda qarayaraya yoluxan 2 nəfərdən biri dünyasını dəyişib”.

Qeyd edək ki, qarayara xəstəliyi xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qarayara   Xəstəlik  





Xəbər lenti