“Diqlas”dakı yanğına görə 400-dən çox sahibkar dindirilib

“Diqlas”dakı yanğına görə 400-dən çox sahibkar dindirilib
  31 İyul 2019    Oxunub:1963
26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirlərinin icrası təmin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsi bildirilib.

Qeyd olunub ki, binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə çoxsaylı ekspertizalar təyin edilib, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

Xüsusilə vurğulanıb ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.

Azvision.az


Teqlər: Diqlas   Ynağın  





Xəbər lenti