İki nəfərdə qarayara aşkar edilib, biri ölüb

İki nəfərdə qarayara aşkar edilib, biri ölüb
  31 İyul 2019    Oxunub:3680
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, öncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə, qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb.
"Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını etimal edib. Bu səbəbdən alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərilib. Nümunələri öyrənən Taun Əleyhinə Stansiyasının mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdən sonra qohumları xəstələri paytaxta aparmaq qərarına gəliblər".

Məlumatda bildirilib ki, 25 iyul tarixində xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 29 iyul tarixində xəstələrdən biri - 60 yaşlı kişi dünyasını dəyişib.

"Həkimlərin bildirdiyinə görə, qara yara ölən şəxsin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir".

Qeyd edək ki, qarayara xəstəliyi xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sabirabad   Qarayara   Səhiyyə-Nazirliyi  





Xəbər lenti