Fövqəladə Hallar Nazirliyinin əməkdaşları batma təhlükəsi ilə üzləşən 14 nəfəri xilas edib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir, Qızılqum, Şirvan, Bilgəh, Yevlax, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.