Fermerlərə 23 milyon manat subsidiya veriləcək
Respublika Komissiyası 28 rayon (şəhər) üzrə 105246 istehsalçıya 306261,11 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 21112973,1 manat məbləğində və bundan əlavə 29 rayon (şəhər) üzrə 3443 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 406898,45 kiloqram yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2034492,25 manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.
Azvision.az
Teqlər: Subsidiya