“INNOLAND” “Silicon Valley” ilə əlaqələri gücləndirir

“INNOLAND” “Silicon Valley” ilə əlaqələri gücləndirir
  18 İyul 2019    Oxunub:2214
4-14 iyul 2019-cu il tarixində “INNOLAND“ İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbərliyi ABŞ-ın Kaliforniya ştatında işgüzar səfərdə olub.
Azvision.az xəbər verir ki, səfərin əsas məqsədi dünyanın ən qabaqcıl startap ekosistemi olan Silicon Valley şirkətləri ilə görüşlər, mümkün əməkdaşlıqların müzakirəsi olub. Səfər çərçivəsində “Facebook”, “Google”, “Salesforce”, “Linkedin”, “500 startups” və digər tanınmış şirkətlərlə görüşlər keçirilib. Həmçinin səfər zamanı “INNOLAND” Mərkəzi və “Global Kinetiks” şirkəti arasında əldə olunan razılaşmaya əsasən cari ilin sentyabr ayından başlayaraq Mərkəzin akselerasiya proqramına qoşulan startaplar üçün “Silicon Valley in Your Pocket” proqramı həyata keçiriləcək. Bu çərçivədə 8 həftəlik mentorluq və birbaşa məsləhət xidmətləri təmin olunacaq.



Proqram rəhbəri Jeff Wallace bu əməkdaşlığın sadəcə Azərbaycan üçün deyil, bütün region üçün körpü rolunu oynaya biləcəyini bildirib. Car ilin sonunda San Fransisko şəhərində “INNOLAND” nümayəndəliyinin açılması planlaşdırılır. Nümayəndəlik xarici ekspertlərin məsafədən Mərkəzdəki startaplara mentorluğun təşkil olunması, potensiallı yerli startapların xarici bazarlara çıxmasının dəstəklənməsi, investisiyanın cəlb olunması, hüquqi işlər və digər bu növ işlərin təşkili ilə məşğul olacaq.

Azvision.az


Teqlər: INNOLAND   SiliconValley  





Xəbər lenti