İranda çayçıların mitinqi

İranda çayçıların mitinqi
  01 Dekabr 2013    Oxunub:1148
Çayçılar İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.
Bu gün səhər saatlarında Çayxanalar Birliyinin üzvləri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

AzVision.az IRNA agentliyinə istinadən məlumat verir ki, onlar çayxanalarda qəlyandan istifadəni qadağan edən qanunun təsdiqlənməsinə etiraz ediblər.

Məlumata əsasən, aksiyada İsfahan, Şərqi Azərbaycan, Fars və Tehran əyalətlərindən etirazçılar iştirak ediblər. Onlar parlamentdən çayxanalarda qəlyandan istifadəni qadağan edən qanuna yenidən baxılmasını və dəyişiklik edilməsini tələb edirlər.

Qeyd edək ki, Çayxanalar Birliyi İranda xidmət sektorunun işçilərinin hüquqlarını müdafiə edir.


Teqlər:





Xəbər lenti