Kiyev milisi təxribatçıları günahlandırır

Kiyev milisi təxribatçıları günahlandırır
  01 Dekabr 2013    Oxunub:1109
Kiyev milisi meydanda baş verənlərə görə təxribatçıları günahlandırır.
Milis güc tətbiq etmək niyyətində olmayıb, aksiyanın dağıdılması təxribatçılar üzündən baş verib. AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, bu fikri Kiyev milisinin rəisi Valeri Koryak bəyan edib.

“Mən sizi əmin edirəm ki, milis güc tətbiq etmək niyyətində olmayıb. Bunların hamısı şəraitə uyğun baş verib. Həmin şərait isə süni olaraq yaradılmışdı”, deyə o brifinqdə bildirib.

V. Koryakın sözlərinə görə, insanların meydandan çıxarılması ilə nəticələnən hərəkətlərə qəsdən yol verilmişdi. “Yaranmış şəraitə uyğun olaraq, mən “Berkut” xüsusi təyinatlı polis dəstəsini meydana göndərməyə qərar verdim”, deyə Koryak əlavə edib.


Teqlər:





Xəbər lenti