Diaspor Gənclərinin II Yay Düşərgəsi başa çatıb

Diaspor Gənclərinin II Yay Düşərgəsi başa çatıb
  14 İyul 2019    Oxunub:1819
Diasporla İş üzrə Dövlət Komitəsinin irimiqyaslı layihələrindən olan “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iyulun 13-dətəntənəli bağlanış mərasimi olub.
Komitədən Azvision.az -a verilən məlumata görə, mərasimdən öncə düşərgə iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsinin ərazi şöbələrinin rəhbərləri və bəzi məsul şəxslərlə görüşüblər. Görüşdə düşərgədə keçirilən təlim və digər proqramlarla bağlı fikir mübadiləsi aparılıb, layihənin əhəmiyyəti, gənclərin şəbəkələşməsi barədə danışılıb. Diaspor gəncləri gələcək düşərgələr üçün təkliflərini verib, Komitəyə minnətdarlıqlarını bildiriblər.

Sonra düşərgənin bağlanış mərasimi başlayıb. Komitənin aparat rəhbəri Daşqın Rəcəbli, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və təlimçi Pərvanə Məmmədova çıxış edərək gənclərə təşəkkür edib, onlarla sağollaşıblar.

Yay düşərgəsində fəallıq göstərən bir qrup gəncə sertifikat da təqdim edilib.

Bağlanış mərasimi maraqlı konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” Şamaxı rayonunda təşkil ediliib.

Azvision.az


Teqlər: Diaspora  





Xəbər lenti