"Xəsarət alanlardan 4-nün vəziyyəti ağırdır" - Səhiyyə Nazirliyi (YENİLƏNİB)

 "Xəsarət alanlardan 4-nün vəziyyəti ağırdır" -  Səhiyyə Nazirliyi (YENİLƏNİB)
  14 İyul 2019    Oxunub:3121
Baş vermiş hadisə ilə bağlı xəsarət alan 4 nəfərin vəziyyəti ağırdır
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciət edən digər 15 nəfərə ilkin tibbi yardım göstərilib.

Bildirilir ki, xəsarət alanların müalicəsi üçün paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Bundan başqa FHN-nin helikopterləri hazırdır və e htiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər.

***
13:54

Səhiyyə Nazirliyi Şəki Xan Sarayında qeydə alınan bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.

Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir.

Bildirilib ki, paytaxtdan iki nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəssislər çağırılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şəki   Xan-Sarayı  





Xəbər lenti